Keçmiş futbolçu İngiltərə millisində Kloppu görmək istəyir

İngiltərə millisinin sabiq futbolçusu Qari Lineker hesab edir ki, yığma komandaya daha müasir futbol tərzinə malik baş məşqçi lazımdır.

Komanda.az “goal”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu bunları deyib:

“Düşünürəm ki, Qaret Sautqeyt xalqı milli komanda ətrafında birləşdirən düzgün insan idi. Amma indi daha müasir, hücum futbolu tərzinə malik başqasının vaxtı çata bilər.

Milli komandanın rəhbər postuna ən uyğun mütəxəssisin yayda “Liverpul”dan ayrılan Yurgen Klopp olduğunu düşünürəm. Almaniyalı çalışdırıcı işsizdir. Bir az dincəldi. Mən də düşünürəm ki, biz hamımız Pep Qvardiolanı istərdik, amma onunla anlaşmaq nə dərəcədə realdır?”

Sautqeyt bu gün İngiltərə millisinin baş məşqçi postundan istefa verdiyini açıqlayıb.

İngiltərə yığması Almaniyada təşkil olunan Avropa çempionatının finalında İspaniyaya 1:2 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button