
Flik: “Düşünürəm ki, Qavi dünya çempionatında oynayacaq”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın yarımmüdafiəçisi Qavinin yaxın vaxtlarda İspaniya millisinə qayıda biləcəyinə inanır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Düşünürəm ki, Qavi gələn il İspaniya millisi ilə dünya çempionatında oynayacaq”.
20 yaşlı futbolçu şənbə günü La Liqa matçında “Betis”lə oyunda (1:1) komandasının yeganə qolunu vurub. O, İspaniya millisində 27 oyun keçirib və 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



