Van Qaldan DÇ-2022 ilə bağlı qalmaqallı açıqlama

Niderland yığmasının sabiq baş məşqçisi Lui van Qal Argentina millisinin Qətərdə keçirilən dünya çempionatında qazandığı qələbənin ədalətli olmasını şübhə altına alıb.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, 72 yaşlı mütəxəssis nəticədən razı qalmadığını bildirib:

“Argentina millisinin necə qol vurduğunu və bizim onları necə üstələdiyimizi görəndə suallar yaranır. Bəzi argentinalı futbolçuların yolverilməz davrandığını və buna görə cəzalandırılmadığını anlayanda da suallar yaranır. Düşünürəm ki, komandalarımızın qarşılaşmasının nəticəsi əvvəlcədən müəyyənləşmişdi. Düşünürəm ki, bu, Lionel Messinin dünya çempionatı olmalı idi? Bəli”.

DÇ-2022-də Niderland yığması Argentina millisi ilə 1/4 finalda oynamışdı. Əsas vaxtda 2:2 hesabı qeydə alınsa da, oyunsonrası penaltilər seriyasında argentinalılar turnirin növbəti mərhələsinə adlamışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button