“Tottenhem”in baş məşqçisi 2024-cü ili dəyərləndirdi
“Tottenhem”in baş məşqçisi Ange Postekoqlu 2024-cü illə bağlı təəssüratlarını bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qarışıq təəssüratlar içərisində olduğunu söyləyib:
“Məndə qarışıq təəssüratlar var. Ötən mövsümü beşinci yerdə başa vurmuşduq. Başa düşürdük ki, yenidən qurmaq, komandanın oyun tərzini dəyişmək və rəqabətdə qalmaq çətin olacaq. Bununla belə, düşünürəm ki, biz bacardıq”.
“Tottenhem” İngiltərə Premyer Liqasında keçirdiyi 18 oyundan sonra 23 xalla 12-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin