“Bu, məşqçilərin ən sevdiyi matçlardandır” – İnzaqi
“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya çempionatının 16-cı turunun “Latsio” ilə oyunu (2:0) haqda danışıb.
Komanda.az “Football Italia”-ya istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis eyni ruhda davam etməli olduqlarını bildirib:
“Bu, məşqçilərin ən sevdiyi matçlardandır. A Seriyasında hələ 22 tur və digər turnirlər var. Hələ ki, yaxşı gedirik, amma mövsümün başlamasından cəmi dörd ay keçib. Cədvəldə liderik, lakin eyni ruhda davam etməliyik. Vahid olaraq eyni istiqamətdə çalışmalıyıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin