“Bernardo Silvanı “Barselona”ya gəlməyə inandırdım” – Feliks

“Atletiko”dan icarəyə götürülən “Barselona”nın hücumçusu Joao Feliks “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silvanın Kataloniya klubuna mümkün transferindən danışıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunları deyib:

“Silva Kataloniya klubuna gəlsə, ondan transfer haqqımı istəyəcəm. O gəlsə, “Barselona”dan razı qalacaq. Məndən soruşdu ki, harada yaşayım… Düşünürəm ki, mən Silvanı “Barselona”ya gəlməyə inandırdım”.

Bernardo Silva bu mövsüm “Mançester Siti”nin heyətində 39 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. O, keçən yay klubu ilə müqaviləsini 2026-cı ilə qədər uzadıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button