İbrahimoviç: “Mən hələ də ən yaxşıyam”
“Milan”ın sabiq hücumçusu Zlatan İbrahimoviç futbolçu karyerasını bitirmək qərarı haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu qərarı verməyin asan olmadığını bildirib:
“Səkkiz ay əvvəl oynamağı dayandırdım, indi həyatım fərqlidir. Etiraf edim ki, eqoma görə bu qərarı vermək mənim üçün asan olmadı. Davam edə bilərdim, amma dayandırmaq qərarına gəldim. Düşünürəm ki, mən hələ də ən yaxşıyam”.
İbrahimoviç ötən yay futbolçu karyerasını bitirdiyini açıqlayıb. Onun son klubu “Milan” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin