“Donnarumma PSJ-nin əfsanəsi ola bilər”

PSJ-nin qapıçısı Canluici Donnarummanın agenti Enzo Rayola müştərisinin gələcək planları haqda danışıb.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Düşünürəm ki, Donnarumma Paris komandasının əfsanəsi ola bilər”.

Donnarumma PSJ-yə 2021-ci ilin yayında azad agent kimi “Milan”dan keçib. O, artıq üç fərqli məşqçinin rəhbərliyi altında parislilərlə birlikdə üç dəfə Fransa çempionatının qalibi olub.

İtaliyalı qolkiperin parislilərlə müqaviləsinin bitməsinə hələ iki il var. O, PSJ-də qalmaq istəyir. Artıq müqavilənin uzadılması ilə bağlı ilk danışıqlar aparılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button