“Biz indi bir ailə kimi işləyirik” – “Bayern”in futbolçusu
“Bayern”in futbolçusu Kinqsli Koman baş məşqçi Vensan Kompaninin gəlişindən sonra komandanın oyununda baş verən dəyişikliklərlə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, komandada vəziyyətin yaxşı olduğunu qeyd edib:
“Düşünürəm ki, biz indi bir ailə kimi işləyirik. Hücum edən oyunçular müdafiə üzərində işləyir, müdafiəçilər isə bizə hücumda kömək edir. Keçən mövsüm çatışmayan yüksək intensivliklə oynayırıq. Komanda çox qaçır və əla nəticələr göstərir. Mövsümboyu eyni ruhda davam etməliyik. Qarşıda çox oyun olduğunu bilirik, amma yaxşı start götürə bildik. Başladığımız işi davam etdirmək üçün hər şeyi edəcəyik”.
Kompani Tomas Tuxeli əvəzləyərək, klub üçün uğursuz olan keçən mövsümdən sonra hazırda “Bayern”in baş məşqçisi vəzifəsini icra edir.
Bizi Facebook-da izləyin