“Bu addım klubun gələcəyi baxımından önəmli hadisədir” – “Turan Tovuz”un rəhbəri

Bu gün “Turan Tovuz”un Kürdəxanıdakı təlim-məşq bazasının açılışı olub.

Komanda.az xəbər verir ki, açılış mərasimində çıxış edən Tovuz klubunun İdarə Heyətinin sədri Ehtiram Quliyev bu addımın klubun gələcəyi baxımından önəmli olduğunu bildirib:

“Düşünürəm ki, bir çox klublar bu bazadan faydalanacaq, onların istismarına verəcəyik. Bu addım klubun gələcəyi baxımından önəmli hadisədir, komandamızın nailiyyətləri üçün vacib mərhələdir. İki meydan və otel kompleksi nəzərdə tutulub. Həmçinin, bu ilin yayında Tovuzda meydançaların salınmasına başlayacağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button