“Benfika” “Fənərbaxça” ilə qarşılaşmaqdan narazıdır” – Mourinyo

“Fənərbaxça” UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. İstanbul klubu səfərdə 1:2 hesabı ilə uduzduğu “Feyenoord”a cavab matçında 5:2 qalib gələrək, növbəti mərhələyə adlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo qarşıdakı rəqib – “Benfika” ilə bağlı jurnalistlərə açıqlama verib.

Portuqaliyalı mütəxəssis hesab edir ki, Lissabon təmsilçisi “Fənərbaxça”ya rəqib olmaqdan narazıdır:

“Onlar daha çox “Feyenoord”la qarşılaşmaq istəyərdi. Çünki bilirlər ki, biz daha güclüyük. Bilirlər ki, bu asan olmayacaq. Amma oynayaq – futbolçular və azarkeşlər bu qarşılaşmanı istəyir. Bu həm maliyyə baxımından, həm də nüfuz baxımından vacibdir. Bizə güclü rəqiblər düşür. Amma düzünü desəm, düşünürəm ki, “Benfika” narazıdır”.

“Fənərbaxça” ilə “Benfika” arasında ilk oyun avqustun 20-də, Türkiyədə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button