“Düşünürəm ki, “Barselona”ya nəsə verə bilərəm”

”Barselona”nın əsas qapıçısı Mark-Andre ter Ştegen zədələndikdən sonra futbola qayıdan və oktyabrın əvvəlində Kataloniya klubuna qoşulan polşalı qolkiper Voyçex Şesnı yeni komandası haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:

“Deməliyəm ki, qəribədir. Bu oyunçulardan bəziləri yəqin ki, mənim “Arsenal”da oynamağımı görməyiblər. Ancaq bu, bura gəlməyə qərar verməyimin vacib səbəbidir. Çünki düşünürəm ki, bu komandaya nəsə verə bilərəm”.

Şesnı son olaraq “Yuventus”da oynadıqdan sonra karyerasını bitirdiyini elan etmişdi. Amma Ter Ştegenin zədələnməsindən sonra “Barselona” polşalı qapıçı ilə müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button