Reşford “Aston Villa”nı seçməsinin səbəbini açıqladı
“Mançester Yunayted”in hücumçusu Markus Reşford “Aston Villa”ya keçidini şərh edib.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu oyun tərzinə görə bu komandanı seçdiyini bildirib:
“Bu komanda Premyer Liqada yüksək yerlər uğrunda mübarizə aparır, daha da böyük olmaq istəyir. “Aston Villa” Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Komanda çox yaxşı məşqçi tərəfindən idarə edilir. Oyun tərzinə görə bu komandanı seçdim. Düşünürəm ki, onların futbolu mənə yaraşır. Bu transfer məni inkişaf etdirməyə və daha yaxşı olmağa kömək edəcək”.
27 yaşlı hücumçu icarə əsasında “Aston Villa”ya keçib. Tərəflər arasındakı müqavilə bu ilin iyununun sonunda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin