“Mən və İtaliya mükəmməl birləşməyik” – Portuqaliyalı hücumçu
“Milan”ın hücumçusu Rafael Leao hazırkı klubunda hər şeydən razı olduğunu bildirib.
Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu İtaliyanın onun üçün əla ölkə olduğunu söyləyib:
“İtaliya mənim üçün əladır. Milan çox gözəl şəhərdir, yaxşı havası və dadlı yeməkləri var. Alış-verişə gedə bilərsiz. Burada özümü evimdəki kimi hiss edirəm. Düşünürəm ki, mən və İtaliya mükəmməl birləşməyik”.
25 yaşlı forvard 2019-cu ilin avqustundan “Milan”da çıxış edir. Tərəflər arasındakı müqavilə 2028-ci ilin iyun ayının sonunda başa çatacaq.
Leao cari mövsümdə A Seriyasında keçirdiyi 9 matçda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin