ÇL: “Düşünürəm ki, bu matç “dalğalı” keçəcək”

“Bayern”in baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının yarımfinalının “Real”la cavab oyunundan gözləntilərini bölüşüb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, oyunun asan olmayacağını söyləyib:

“Düşünürəm ki, bu matç “dalğalı” keçəcək. Fərqli seqmentlər olacaq. Hər iki komanda topla yaxşı oynayır. Oyun asan olmayacaq. Tempi təyin edərkən sizə uğur və yaxşı performans lazımdır”.

Yarımfinalın ilk oyununda komandalar 2:2 hesabı ilə bərabərə qalıblar. Cavab oyunu bu gün Madriddə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button