
“Düşünmürəm ki, “Barselona” Pedrini əvəz edə biləcək”
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq komanda yoldaşı Pedri haqqında fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Düşünmürəm ki, komanda Pedrini əvəz edə biləcək. Onun tipli başqa oyunçularımız yoxdur. O, çox istedadlıdır, amma hazırda onun haqqında çox danışmamalıyıq, bu, yalnız əlavə təzyiq yaradacaq”.
İspaniyalı futbolçu zədəlidir və son üç oyunda iştirak etməyib. Onun dekabrın əvvəlində geri dönməsi planlaşdırılır. 22 yaşlı Pedri bu mövsüm 13 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



