Sabiq futbolçu “Qarabağ”ın rəqibinin üzvünün təzyiq altında olduğunu düşünür

Almaniyalı sabiq futbolçu Ditmar Hamann “Liverpul”un yarımmüdafiəçisi Florian Virtsin oyunu barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmyerlisinin təzyiq altında olduğunu söyləyib:

“Düşünmürəm ki, Virts uğursuz olacaq. O, çox yaxşı oyunçudur. Virts “Bayer”i Bundesliqanın şöhrətinə apardı. Lakin hazırda yüksək transfer haqqı səbəbindən çox təzyiq altındadır. Ümid edək ki, “Ayntraxt”la oyun onun üçün dönüş nöqtəsi olacaq”.

22 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasında “Ayntraxt”la oyunda (5:1) iki məhsuldar ötürmə verib.

“Liverpul” “Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button