“Düşündüklərimizi oyuna daşıya bilmədik”

“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis “Abşeron”la oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, o, Azərbaycan Basketbol Liqasının 13-cü turunda 59:67 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:

“Oyuna həmişəki qaydada hazırlaşmışdıq. Yaxşı məşqlərimiz oldu. Lakin hazırlıq zamanı düşündüklərimizi oyuna daşıya bilmədik. Müdafiədə pis çıxış etməsək də, hücumda zəif təsir bağışladıq. Topladığımız xalların 75 faizi Hassani və Klavsın payına düşür. Oyunu analiz edəcəyik. Üzücü məğlubiyyət oldu. Amma nə etmək olar, bu, idmandır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button