Duşan Kerkez: “Futbolda belə şeylərə yer yoxdur”
Kiprin AEL komandasının baş məşqçisi Duşan Kerkezin Konfrans Liqasının 3-cü mərhələsinin “Qarabağ”la matçından əvvəl mətbuat konfransı keçirilib.
Komanda.az xəbər verir ki, o, media nümayəndələri ilə görüşdə bunları deyib:
- Çox həyəcanlıyam. Güclü rəqibə qarşı oynayacağıq. Son 10 ildə avrokuboklarda çıxış edən komandayla qarşılaşacağıq. Sabahkı oyunda hər şey bəlli olacaq. Sabah yaxşı oyun keçəcəyinə ümid edirəm. Növbəti mərhələyə adlamaq üçün yaxşı performans sərgiləmək istəyirik. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir. Sabah azarkeş sayı da çox olacaq. Çoxdan idi çoxsaylı azarkeş qarşısında oynamırdıq. İlk matçda açıq oyun keçdi. UEFA səfər qolu qaydasını ləğv edib. Artıq mərhələ adlamaq istəyirsənsə, qələbə qazanmalısan.
- Son illərdə Azərbaycan klublarının Kipr təmsilçiləri ilə səfər görüşlərində problemlər yaranır. Bu, nə ilə bağlıdır?
- Mən özüm Yuqoslaviyadanam və belə şeyləri çox görmüşəm. Artıq 2021-ci ildir, futbolda belə şeylərə yer yoxdur. Bizim problemimiz yoxdur, futboldan danışmaq istəyirəm. Belə hadisələrin futbolda yer almasını istəmirəm. Futbolda irqçiliyə yer yoxdur. Biz futbol oynayırıq. Bundan həzz almalıyıq.
- İlk matçda yaşananlara görə “Qarabağ” azarkeşləri aqressivdir. Bu, sabahkı oyunda komandanıza necə təsir edəcək?
- Bunun komandama təsir edəcəyini düşünmürəm. Komandamızda təcrübəli futbolçular var və daha ağır şərtlər altında oyunlara çıxıblar. Fikrimiz oyundadır.
- Şansları necə dəyərləndirirsiz?
- Püşkatmadan sonra bir çox insan “Qarabağ”ın daha şanslı olduğunu sayırdılar. Hər iki komandanın şansı var. Mərhələ adlamağa çalışacağıq.
- Turu keçməsəz, bunu özünüz üçün faciə sayacaqsız?
- Mənim və komandamın bütün diqqəti sabahkı oyundadır. Bunu, matçdan sonra fikirləşərik.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin