“Xəyallar Teatrı”nın necə “Heç bir şey teatrı”na çevrildiyini gördük” – Keçmiş futbolçu
“Mançester Yunayted”in sabiq müdafiəçisi Qari Nevill İngiltərə Liqa kuboku matçında evdə “Nyukasl”a məğlubiyyətdən (0:3) sonra keçmiş komandasını tənqid edib.
Komanda.az xəbər verir ki, İngiltərə millisinin keçmiş futbolçusu bu barədə sosial şəbəkə hesabında paylaşım edib:
“Dünən gecə “Xəyallar Teatrı”nın (“Mançester Yunayted” stadionu “Old Trafford”) necə “Heç bir şey teatrı”na çevrildiyini gördük. Hər bir azarkeş cansıxıcı və maraqsız hiss edirdi. Meydandakı futbolçular şokda idilər, oyun acınacaqlı görünürdü. Erik Ten Haq (komandanın baş məşqçisi) bütün pərəstişkarları qarşısında sıxıntı içində idi. Biz bunu əvvəllər görmüşük, bunun necə bitəcəyini bilirik”.
Hazırda “qırmızı şeytanlar” 10 turdan sonra 15 xalla Premyer Liqanın turnir cədvəlində 8-ci yerdədir. Çempionlar Liqasında komanda iki dəfə məğlub olub: “Bayern” (3:4) və “Qalatasaray” (2:3).
Bizi Facebook-da izləyin