AÇ oyunundan əvvəl Azərbaycan millisində koronavirusa 2 yoluxma

Dünən futzal üzrə Azərbaycan milli komandasının 4 üzvü karantinə alınmış və onlardan PCR test götürülmüşdü.

Komanda.az xəbər verir ki, yığmanın üzvləri – Emin Kürdov və Xətai Bağırovda testin nəticəsi pozitiv çıxıb və hər iki futzalçı bugünkü matçda iştirak etməyəcək, 7 gün karantində qalacaq.

Həkim Fuad Səfərov və məşqçi Ağakərim Həsənovla bağlı sənədləşmə düzgün aparılmadığına görə, onlardan yenidən PCR test götürülüb.

Azərbaycan yığması Avropa çempionatının qrup mərhələsinin sonuncu turunda bu gün Bosniya və Herseqovina ilə qarşılaşacaq. Oyun saat 20:30-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button