“Everton” onu baş məşqçi postuna qaytarır
Dünən baş məşqçisi Marko Silva ilə yollarını ayıran “Everton”da boş qalan posta əsas namizəd məlum olub.
Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin “sükan”ı Devid Moyesə tapşırıla bilər. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Xəbərdə, “Everton” rəhbərliyinin daha əvvəl komandada çalışan Moyesi baş məşqçi postuna gətirmək istədiyi bildirilir.
Moyes 2002-2013-cü illər aralığında “Everton”u çalışdırıb. Son klubu “Vest Hem” olan 56 yaşlı mütəxəssis hazırda işsizdir.
“Everton” İngiltərə Premyer Liqasında 15 turdan sonra 18-cı sıradadır. Mersisayd təmsilçisi son 20 ildə ilk dəfə autsayderlər qrupunda qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin