Dünyanın ən varlı futbolçusunun yeni klubu bilindi

Dünyanın ən varlı futbolçusu Faiq Bolkiahın yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Taylandın “Çonburi” klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Faiq Bruney sultanı Hassanal Bolkiahın qardaşı oğludur. O, sultanın varislərindən biridir.

Faiq dünya futbolunun ən varlı oyunçusu hesab edilir. Yarımmüdafiəçi karyerası ərzində “Sauthempton”, “Lester”, “Çelsi” kimi klublarda çıxış edib. Faiq son olaraq Portuqaliya “Maritimo”sunun formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button