“Hernandes dünyanın ən yaxşı sol cinah müdafiəçisidir”

Fransa yığması DÇ-2022-nin yarımfinalında Mərakeşi məğlub edərək, finala vəsiqə qazanıb.

Komanda.az “SportMediaset”-ə istinadən xəbər verir ki, həmin matçla bağlı Portuqaliya millisinin hücumçusu Rafael Leao fransalı müdafiəçi Teo Hernandes barədə fikir bildirib. O, “xoruzlar”ın futbolçusu barədə bunları deyib:

“Teo Hernandes dünyanın ən yaxşı sol cinah müdafiəçisidir”.

Leao ilə Hernandes “Milan”da komanda yoldaşıdır.

Teo Hernandes Mərakeşlə görüşdə (2:0) qol vurmağı bacarıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button