“Dünyanın ən yaxşı oyunçusuna qarşı oynamaq üçün həyəcanlıyam” – “Bayern”in müdafiəçisi
“Bayern”in və Kanada yığmasının müdafiəçisi Alfonso Deyvis qarşıdan gələn Amerika kubokundan nə gözlədiyindən danışıb.
Komanda.az “CBS Sports”-a istinadən xəbər verir ki, kanadalı futbolçu onları dünya çempionlarına (Argentina) qarşı çətin oyun gözlədiyini bildirib:
“Bizi dünya çempionlarına qarşı çətin oyun gözləyir. Bu, yüksək səviyyəli komandadır. Bu matça hazırlaşmaq və ondan həzz almaq lazımdır.
Dünyanın ən yaxşı oyunçusuna (Lionel Messi) qarşı oynamaq və komandamızla onları məğlub etmək şansı üçün həyəcanlıyam”.
Kanadalılar qrup mərhələsində Argentina, Peru və Çili ilə qarşılaşacaq.
Amerika kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin