“Premyer Liqa dünyanın ən güclü və ən cəlbedici liqasıdır, amma…” – Musiala

“Bayern”in yarımmüdafiəçisi Camal Musiala məqsəd və arzularından danışıb.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, o, eyni zamanda, “Bayern”lə uğur qazanmağa sadiq olduğunu bildirib:

“Dünyanın ən yaxşı oyunçularından biri olmaq istəyirəm. Bunlar mənim iddialarımdır. Bir-iki ildən sonra ən yüksək səviyyədə olmaq istəyirəm. Yol hələ uzundur, amma mənim məqsədim və arzum ən yaxşısı olmaqdır.

İngiltərə Premyer Liqası dünyanın ən güclü və ən cəlbedici liqasıdır. Amma özümü burada rahat hiss edirəm və “Bayern”lə uğur qazanmağa sadiqəm. Bununla belə, siz bir neçə ildən sonra nə olacağını heç vaxt bilmirsiz”.

20 yaşlı almaniyalı futbolçu bu mövsüm “Bayern”in heyətində bütün turnirlərdə beş oyun keçirib, bir məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button