“Bəlkə də, ərəblərin çempionatı dünyanın ən yaxşı liqasına çevriləcək” – Pirlo
İtaliyalı mütəxəssis Andrea Pirlo hesab edir ki, Səudiyyə Ərəbistanı çempionatı dünyanın ən yaxşılarından birinə çevrilə bilər.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “Yuventus”un sabiq futbolçusu Səudiyyə Ərəbistanı liqasının dünyanın ən yaxşısı olacağına inanır:
“Bir neçə il əvvəl Çində olduğu kimi, yeni bir bazar açıldı. Futbolda hər şey həyatda olduğu kimidir: imkan varsa, kimsə bundan istifadə edir.
İtaliyada, İngiltərədə çempionatlar var, bu isə ərəb dövlətlərinin liqası olacaq. Bəlkə də, ərəblərin çempionatı dünyanın ən yaxşı liqasına çevriləcək”.
Pirlonun sonuncu iş yeri Türkiyənin “Fatih Karagümrük” klubu olub. 44 yaşlı mütəxəssis 2022-ci ilin iyunundan 2023-cü ilin mayına qədər orada fəaliyyət göstərib.
Bizi Facebook-da izləyin