Neymardan “Barselona” və Messi ilə bağlı açıqlama

PSJ-nin hücumçusu Neymar keçmiş komandası “Barselona” ilə bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı hücumçu, dünyanın ən yaxşı futbolçusu haqqında da danışıb:

“Dünyanın ən yaxşı futbolçusu olmaq istəyirəm, amma bu, asan deyil. Düşünürəm ki, hazırda dünyanın ən yaxşısı Lionel Messidir. O, fərqli oynayır.

Yeni uğurlar üçün “Barselona”dan ayrıldım. Yeni bir macəra istəyirdim. Daha çox çətinlik çəkdiyimi hiss etdiyim üçün komandadan ayrılmaq qərarını verdim. Amma hələ də, “Barselona”nı izləyirəm və keçmiş komanda yoldaşlarımla ünsiyyət saxlayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button