“Dünyanın ən yaxşı futbolçusu bizim stadionda oynayacaq”
Argentinalı keçmiş futbolçu Xuan Roman Rikelme “Bombonera”da Lionel Messinin oyununu səbirsizliklə gözləyir.
Komanda.az “Ole” nəşrinə istinadən xəbər verir ki, Rikelme, Messini “Bombonera”da görməyin gözəl olacağını bildirib.
“Dünyanın ən yaxşı futbolçusu bizim stadionda oynayacaq. Bu, çox gözəldir.
Milli komandanın burda oynaması bizim üçün əla fürsətdir”.
Martın 26-na keçən gecə Argentina millisi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində “Boka Xuniors”un doğma arenasında Venesuela yığmasını qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin