
Dünyanın ən təhlükəli oyunçusu – Ançelottiyə görə
“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 1/8 finalının “Liverpul”la oyunundan sonra (5:2) danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, dubla imza atan braziliyalı futbolçu Vinisius Junioru tərifləyib:
“Məncə, Vinisius Junior hazırda dünyanın ən təhlükəli oyunçusudur. O, meydana çıxdığı matçlarda mütəmadi olaraq nəticəni müəyyən edir”.
“Real” – “Liverpul” cütünün cavab oyunu martın 15-də İspaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin