“Dünyanın ən güclü rəqibinə qarşı oynadıq” – Xavi
“Barselona”nın baş məşqçisi Xavi “Real”la baş tutan yoldaşlıq oyunu (3:0) haqda danışıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis “el-klasiko”nun nəticəsindən razı qaldığını bildirib:
“Əvvəla, oyun baxımından bərabər matç oldu. Uzun müddət topa sahib olduğumuz anlar oldu. Fiziki cəhətdən çox güclü, dünyanın ən güclü rəqibinə qarşı oynadıq. Oyunumuzdan razıyıq. Bu, “el-klasiko”dur və adətən belə matçlar dostluq oyunu sayılmır.
Nəticə çox əlverişlidir, lakin bu o demək deyil ki, biz əla oyun keçirdik. “Real” bizdən qat-qat böyük heyətə malikdir. Ümumiyyətlə, yaxşılaşdırılması lazım olan çox şey var”.
Növbəti yoldaşlıq oyununda “Barselona” avqustun 2-də “Milan”la, “Real” isə avqustun 3-də “Yuventus”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin