Dünyanın ən güclü 20 çempionatı məlum olub

Analitik internet portalı “Opta” dünyanın ən yaxşı 20 futbol çempionatının siyahısını dərc edib.

Komanda.az xəbər verir ki, reytinq tərtib edilərkən əsas meyar klubların statistik göstəriciləri əsasında liqada çıxış edən bütün komandaların orta gücü olub.

İngiltərə Premyer Liqası dünyanın ən güclü çempionatı kimi siyahıda birincidir.

Reytinqdə 2-3-cü yerləri İtaliya A seriyası və Almaniya Bundesliqası tutur. İspaniya La Liqası və Fransa Liqa 1-i isə 4-5-ci yerlərdədir. Belçika Pro Liqası 6-cı, Portuqaliya Premyer Liqası 7-ci, Danimarka Super Liqası 8-ci, Braziliya A Seriyası 9-cu, MLS (ABŞ) isə 10-cudur.

Türkiyə Super Liqası da 20-likdə yer alıb. Super Liqa reytinq siyahısında 18-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button