Dünyanın ən bahalı futbolçuları

“Transfermarkt” portalı Avropa çempionatı və Amerika kuboku başa çatdıqdan sonra dünyanın ən bahalı futbolçularının reytinqini təqdim edib.

Komanda.az portala istinadən xəbər verir ki, 1-ci yeri 180 milyon avro dəyərində olan 4 futbolçu bölüşüb. Belə ki, yarımmüdafiəçi Çud Bellingem (“Real”), vinger Vinisius Junior (“Real”), hücumçu Kilian Mbappe (“Real”) və mərkəz hücumçusu Erlinq Haland (“Mançester Siti”) siyahının ilk dördüyündə qərarlaşıb.

Beşinci yeri 150 milyonluq qiymət etiketi ilə “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden tutur. “Arsenal”ın vingeri Bukayo Saka 140 milyon avroyla 6-cı yerdə qərarlaşıb. Üç oyunçunun qiyməti 130 milyondur avrodur – Camal Musiala, Florian Virts və Rodri Hernandez.

Lamin Yamal, Deklan Rays və Federiko Valverdenin qiyməti 120 milyon avrodur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button