Dünyanın ən bahalı 10 futbolçusu
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı 100 futbolçusunun adını açıqlayıb.
Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, siyahının ilk pilləsində Norveç millisinin və “Mançester Siti”nin hücumçusu Erlinq Haland qərarlaşıb.
23 yaşlı futbolçunun transfer qiyməti 245,1 milyon avro göstərilib.
Braziliya yığmasının və “Real”ın vingeri Vinisius Junior (196,3 milyon avro) ikinci, İngiltərə millisinin və “Arsenal”ın hücumçusu Bukayo Saka (195,8 milyon avro) üçüncü sırada yer alıb.
İlk 10-luqda Dortmund “Borussiya”sından Çud Bellingem (190,2), “Real”dan Rodriqo (184,5), “Barselona”dan Pedri (178) və Qavi (174,1), “Bayern”dən Camal Musiala (170,2), “Mançester Siti”dən Fil Foden (166,8), PSJ-dən Kilian Mbappe (163,2) də var.
Bizi Facebook-da izləyin