
Dünyanın ən çox qol vuran qapıçıları bəlli oldu
2023-cü ilin ən çox qol vuran qapıçıları açıqlanıb.
Komanda.az xəbər verir ki, Meksikanın “Toluka” klubunun şərəfini qoruyan braziliyalı qapıçı Tyaqo Volpi ötən il hamıdan çox – 9 qol vurub.
33 yaşlı qolkiper bütün qolları penaltidən vurub.
İkinci yeri 3 qol vurmuş argentinalı Dieqo Rodriqes tutur. “Qodoy Krus”un qolkiperi 3 qola imza atıb ki, bunların hamısı penalti nəticəsində mümkün olub.
Xoan Parra (“Enviqado”) və Xuan Karlos Robles (“Qran Mamore”) isə hərəyə 2 dəfə fərqləniblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin