Dünya reytinqi: “Qarabağ”, “Zirə” və “Sabah” gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) oktyabr ayı üçün dünya klublarının reytinq cədvəlini açıqlayıb.

Komanda.az xəbər verir ki, 507 klubun olduğu siyahıda Azərbaycanın üç komandası da yer alıb: “Qarabağ”, “Zirə” və “Sabah”.

Yenilənmiş reytinqə əsasən, “Qarabağ” 167,25 xalla 60-cı yerdən 72-ci yerə düşüb. Norveçin “Bodo Qlimt” klubu (167,5) bir pillə yuxarıda, Almaniya “Leyptsiq”i isə (167) isə aşağı pillədədir.

“Zirə” 201-ci yerdən 219-cu yerə (94,25) düşüb. Onlar “Kluj” və “Harts” klublarından (94,5) geridə, “Everton” və “Fulhem”dən (94) öndədir.

“Sabah” isə 411-ci yerdən 423-cü yerə enərək, “Aleksandriya” ilə (hər biri 59,5) eyni pilləyə şərik olub. Onlardan yuxarıda Argentinanın “Deportivo Riestra”, Rumıniyanın “Farul” (hər biri 60) kimi klubları yer alıb.

Reytinq siyahısına “Real” (414) başçılıq edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button