![](https://komanda.az/wp-content/uploads/2023/09/qarabag-780x470.jpg)
Dünya reytinqi: “Qarabağ” geriləyib
“Qarabağ” dünya reytinqində 6 pillə geriləyib.
Komanda.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytı məlumat yayıb.
Azərbaycan çempionu hazırda 166,25 xalla 87-ci pillədə qərarlaşıb. Mövqeyi dəyişməyən “Zirə” (103,25 xal) 208-ci sıradadır.
14 pillə geriləyən “Sabah” (61 xal) 400-cü, 5 sıra geriləyən “Turan Tovuz” (53,75 xal) isə 499-cudur.
504 komandanın yer aldığı siyahıya 481 xalla İspaniya “Real”ı başçılıq edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin