Dünya reytinqi: “Qarabağ” 7 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Komanda.az xəbər verir ki, 307 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.

149 xala malik “köhlən atlar” ötən ayla müqayisədə 7 pillə irəliləyib və 62-ci sırada qərarlaşıb. Son ölkə çempionu Argentinanın “Talyeres” (Kordoba) klubu ilə eyni xala sahibdir.

Ağdamlılar Avropa təmsilçiləri arasında 40-cı olub.

İlk üçlükdə müvafiq olaraq, “Flamenqo” (Braziliya – 313 xal), “Real” (İspaniya – 308) və “Palmeyras” (Braziliya – 263) qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button