Dünya Qadın Seriyası: Bakı mərhələsinin məkanı və bütün iştirakçıları müəyyənləşib

3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Komanda.az xəbər verir ki, yarışa qatılacaq 16 komanda dəqiqləşib. Bunlar Azərbaycan, Niderland, Çin, Tailand, Avstriya, Filippin, Latviya, Rumıniya, Qazaxıstan, Madaqaskar, Çili, Misir, İtaliya milliləri və “Roma” (İtaliya), “Praqa” (Çexiya), “Takasaki” (Yaponiya) klublarıdır.

Yarış mayın 26-27-də “Sea Breeze”də təşkil olunacaq. Mayın 24-25-də dünya çempionatının seçmə mərhələ oyunları da eyni məkanda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button