
Dünya Oyunları: Azərbaycan kikboksçusu qızıl medal qazandı
Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən 11-ci Dünya Oyunlarında qızıl medal qazanıb.
Komanda.az xəbər verir ki, 91 kq-dan yuxarı çəki dəcərəsində çıxış edən idmançı finalda xorvatiyalı Anto Şiriçə qalib gəlib – 3:0.
Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub etmişdi. Kikboksçunun 1/4 final mərhələsindəki rəqibi monteneqrolu Miroslav Vuyoviç rinqə çıxmayıb.
Bu, Dünya Oyunlarında Azərbaycanın ikinci medalıdır. Daha əvvəl aerodans komandası bürünc medala sahib çıxıb. Azərbaycan hazırda medal əyarına görə 33-cü, medal sayında isə 37-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin