
Dünya kubokunda yarımfinala yüksəldi – Azərbaycan komandası
Azərbaycanın qılıncoynatma üzrə qadınlardan ibarət komandası Bolqarıstanın Plovdiv şəhərində keçirilən dünya kubokunda yarımfinala yüksəlib.
Komanda.az xəbər verir ki, yığma komanda ilk görüşündə ABŞ-a 45:39 hesabı ilə qalib gəlib.
Milli komanda 1/4 finalda Macarıstanı da eyni hesabla üstələyib. Azərbaycan millisi yarımfinalda Bolqarıstanla üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin