Dünya kuboku: ilk finallar başa çatdı
Bakıda atıcılıq üzrə dünya kubokunda ilk finallar başa çatıb.
Komanda.az xəbər verir ki, 10 m tüfəng atıcılığı üzrə kişilər arasında yarışda serbiyalı Lazar Kovaçeviç 16:14 hesabı ilə xorvatiyalı Miran Mariçiçi önləyərək qızıl medal qazanıb. Yarışın gümüş medalçısı Miran Mariçiç, bürünc medalçısı qazaxıstanlı İslam Usseynov olub.
10 m tüfəng atıcılığı üzrə qadınların finalında fransalı Osean Müller rəqibi polşalı Aneta Stankeviçə 16:12 hesabı ilə qalib gəlib. Rumıniyalı İli Laura-Georgeta bürünc medal sahibi olub.
Qadın və kişilər arasında 10 m tapança atıcılığı üzrə finallar bu gün keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin