Dünya kuboku: Azərbaycanlı qılıncoynadan uduzdu
Azərbaycan qılıncoynadanı Nazilə Rəhimova Türkiyənin İstanbul şəhərində şpaqa növü üzrə gənclər arasında keçirilən dünya kubokunun pley-off mərhələsində məğlub olub.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, o, qız şpaqaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirib. Pley-offda fransalı Elea Jouve ilə qarşılaşan Rəhimova rəqibinə 10:15 hesabı ilə uduzub.
Azərbaycanın digər təmsilçiləri Xədicə Həsənli və Azərin İdriszadə isə qrup mərhələsini keçə bilməyib.
Qızların komanda yarışında ilk görüşdə Honkonqu 45:20 hesabı ilə məğlub edən yığma ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin qalibi Polşa yığmasına uduzub (18:45).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin