
Dünya kuboku: Azərbaycanı təmsil edəcək güllə atıcıları müəyyənləşib
Almaniyanın Münhen şəhərində keçiriləcək dünya kubokunda Azərbaycanı təmsil edəcək güllə atıcıları müəyyənləşib.
Komanda.az xəbər verir ki, mayın 31-dən iyunun 8-dək baş tutacaq yarışda Nigar Nəsirova və Ruslan Lunyov mübarizə aparacaq.
Bu yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilməyən idmançılar üçün dünya reytinq xalını qazanmaq baxımından son beynəlxalq turnirdir. İyunun 9-dək dünya reytinqinə əsasən hər bir kateqoriya üzrə sonuncu Olimpiya lisenziyalarının sahibləri müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin