Dünya kuboku: Azərbaycan millisi finalda!
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya kubokunda finala yüksəlib.
Komanda.az xəbər verir ki, komanda B qrupunda gərgin keçən qarşılaşmada dünya yığmasına qalib gəlib.
Görüş 5:5 hesabı ilə başa çatdığı üçün əlavə göstəricilərə baxılıb. Burada daha üstün olan Azərbaycan millisi həlledici raunda vəsiqə qazanıb – 22:19.
Yığmamız qızıl medal uğrunda İran kollektivi ilə üz-üzə gələcək. Serbiya seçməsi koronavirusa kütləvi yoluxma ucbatından yarışa qatılmadığı üçün texniki məğlubiyyət alıb.
Dünya kubokunda medal görüşləri noyabrın 6-da baş tutacaq.
55 kq
Nuqzari Tsurtsumia (Gürcüstan) – Eldəniz Əzizli – 0:9
60 kq
Aydos Sultangali (Qazaxıstan) – Murad Məmmədov – 4:1
63 kq
Leri Abuladze (Gürcüstan) – Taleh Məmmədov – 1:1 (sonuncu xal prinsipi ilə azərbaycanlı güləşçi qalib gəlib)
67 kq
Coni Xetsuriani (Gürcüstan) – Həsrət Cəfərov – 0:5
72 kq
Andrey Kulik (Ukrayna) – Ülvi Qənizadə – 7:1
77 kq
Zoltan Levai (Macarıstan) – Sənan Süleymanov – 1:8
82 kq
Jalqasbay Berdimuratov (Özbəkistan) – Rafiq Hüseynov – 1:3
87 kq
Aleks Kessidis (İsveçrə) – Murad Əhmədiyev – 2:3
97 kq
Nikoloz Kaxelaşvili (İtaliya) – Arif Niftullayev – 5:1
130 kq
Mantas Knistautas (Litva) – Sabah Şəriəti – 1:5
Bizi Facebook-da izləyin