Dunya Kombat Oyunları: Azərbaycan millisinin heyəti açıqlanıb

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək Dunya Kombat Oyunlarında iştirak edəcək Azərbaycan millisinin heyəti müəyyənləşib.

Komanda.az xəbər verir ki, yığmanın 5 üzvü turnirdə qüvvəsini sınayacaq.

Kişilər arasında Nicat Məmmədli (65 kq), Ariz Huseynov (70 kq), Cavid Mustafayev (80 kq), Emil Həsənov (85 kq), qadınlarda isə Ulviyyə Bayramova (70 kq) mübarizə aparacaq. Yarışda komandanın baş məşqçisi Samir Abdullayev, numayəndə heyətinin rəhbəri isə Seymur Qurbanov olacaq.

Dunya Kombat Oyunları 24-27 oktyabr tarixlərində keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button