Dünya Güləş Birliyinin vitse-prezidenti Bakıda
Dünya Güləş Birliyinin vitse-prezidenti, Avropa Güləş Federasiyasının başçısı Tseno Tsenov martın 26-dan ölkəmizdə rəsmi səfərdədir.
Komanda.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi ilə görüşən UWW rəsmisi Bakıda bir neçə otelin şəraiti ilə tanış olub və Heydər Əliyev adına İdman-Konsert Kompleksinə baş çəkib. Belə ki, AGF gələn il martın 19-dan 22-dək baş tutacaq Avropa Olimpiya təsnifat turnirini təşkil etmək üçün namizədliyini irəli sürüb. Qonaq sabah ölkəmizi tərk edəcək.
Qeyd edək ki, Bakı ilə yanaşı, namizəd şəhərlər arasında Zrenyanin (Serbiya), Roma (İtaliya) və Budapeşt (Macarıstan) də var. Bu yarışda hər çəki üzrə finalçılar Tokio-2020-yə lisenziya qazanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin