“Dünya futbolunun əfsanəsindən şeytana çevrilmək çox ağırdır” – Platini

“Nəhayət, yeddi illik yalan və manipulyasiyadan sonra ədalətin zəfər çalmasından şadam. İnanın mənə, dünya futbolunun əfsanəsindən şeytana çevrilmək çox ağırdır”.

Komanda.az xəbər verir ki, bu sözləri UEFA-nın sabiq prezidenti Mişel Platini İsveçrə məhkəməsinin ona və FİFA-nın keçmiş rəhbəri Jozef Blatterə dələduzluq, yanlış idarəetmə və qiymətli kağızların saxtalaşdırılması ilə bağlı bəraət hökmü çıxarmasını şərh edərkən deyib.

O, bildirib ki, mübarizəsi ədalətsizliyə qarşıdır:

“İlk oyunda qalib gəldim. Eyni zamanda, bu məhkəməyə gəlməyən cinayətkarlar da var. Qoy onlar mənə güvənsinlər, biz yenidən görüşəcəyik. Çünki mən təslim olmayacam və həqiqətin arxasınca sona qədər gedəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button