Lautaro Martines qərarını verib
“İnter”in hücumçusu Lautaro Martines klubla müqavilə müddətini artırmağa razılaşıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ona bir çox klubdan təklif gəlsə də, sonda “neradzzura”nı tərk etməmək qərarına gəlib. Argentinalı forvard özü bu haqda danışıb:
“Hiss edirəm ki, biz “İnter”lə yeni müqavilə ilə bağlı razılığa gələcəyik. Hər iki tərəf üçün çox yaxşı anlaşma olacağını düşünürəm”.
26 yaşlı futbolçu 2018-ci ildə “Rasinq”dən (Argentina) “İnter”ə keçib və onun hazırkı klubu ilə müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin