Dünya çempionu Portuqaliya klubu ilə müqavilə imzaladı

Futbol üzrə Fransa yığmasının sabiq müdafiəçisi Adil Raminin yeni iş yeri müəyyənləşib.

Komanda.az xəbər verir ki, 34 yaşlı futbolçu bundan sonra Portuqaliyanın “Boavişta” klubunun uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Fransa millisi ilə DÇ-2018-in qalibi olmuş təcrübəli futbolçuyla müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, geridə qalan mövsümə Türkiyənin “Fənərbaxça” klubunda başlayan Rami, qışda İstanbul təmsilçisindən ayrılaraq Rusiyanın “Soçi” komandasına keçmişdi. Amma o, bu komandada rəsmi oyuna çıxmadan Rusiya karyerasını başa vurmuşdu. Adil karyerası ərzində “Olimpik” (Marsel), “Sevilya”, “Milan”, “Valensiya”, “Lill” klublarının da formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button